...

Bakı metrosunda qatarlar durdu - Səbəb intihar (YENİLƏNİB)

Hadisə Materials 8 Yanvar 2018 22:47 (UTC +04:00)
Bakı metrosunda intihar hadisəsi baş verib.
Bakı metrosunda qatarlar durdu - Səbəb intihar (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda intihar hadisəsi baş verib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə Həzi Aslanov - İçərişəhər maşrutu uzrə hərəkət edən 15 saylı sərnişin qatarı Ulduz stansiyana daxil olarkən baş verib: "Qatar stansiyaya daxil olarkən şəxsiyyəti hələlik məlum olmayan 20-25 yaşlı oğlan özünü qatarın altına atıb.

Nəticədə oğlan dünyasını dəyişib. Xətdəki gərginlik ayrılıb, intihar edən şəxsi cənazəsi relslərin üzərindən götürülüb.

Qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb, hazırda qatarların hərəkətində heç bir problem yoxdu".

Nəsimi Paşayev həmçinin qeyd edib ki, hazırda hüquq-mühafizə orqanları hadisə yerdindədir, intihar edənin şəxsiyyəti müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti