...

Metroda intihar edənin kimliyi məlum oldu

Hadisə Materials 8 Yanvar 2018 23:24 (UTC +04:00)
Bakıda “Ulduz stansiyasında” intihar edənin kimliyi müəyyənləşdirilib.
Metroda intihar edənin kimliyi məlum oldu

Bakı. Samir Əli - Trend:

Bakıda “Ulduz stansiyasında” intihar edənin kimliyi müəyyənləşdirilib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, intihar edən 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur.

Qeyd edək ki, bu gün axşam saatlarında Bakı metrosunda intihar hadisəsi baş verib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə Həzi Aslanov - İçərişəhər maşrutu uzrə hərəkət edən 15 saylı sərnişin qatarı Ulduz stansiyana daxil olarkən baş verib: “Qatar stansiyaya daxil olarkən şəxsiyyəti hələlik məlum olmayan 20-25 yaşlı oğlan özünü qatarın altına atıb.”

Onun sözlərinə görə, qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb, hazırda qatarların hərəkətində heç bir problem yoxdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti