...

Sumqayıtda narkotik satan şəxs tutulub

Hadisə Materials 9 Yanvar 2018 12:05 (UTC +04:00)
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Sumqayıtda narkotik satan şəxs tutulub

Bakı. Trend:

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş Ağaverdi Qarayev olduğu məlum olub. Baxış zamanı onun üzərindən 20,134 qram heroin aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib və oradan əlavə olaraq 180,025 qram heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən A.Qarayevin narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Görülmüş tədbirlərlə narkovasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Elçin Xankişiyev də saxlanılıb. Baxış zamanı ondan 2,015 qram heroin götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti