...

Şirvanda evin çardağı çöküb, 1 nəfər dağıntılar altında qalıb

Hadisə Materials 13 Yanvar 2018 18:04 (UTC +04:00)
Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb və 1 nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.
Şirvanda evin çardağı çöküb, 1 nəfər dağıntılar altında qalıb

Bakı. Trend:

Şirvanda evinin çardağı çöküb, 1 nəfər dağıntılar altında qalıb.

Trend Fövqəladə hallar Nazirliyinin saytıan istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb və 1 nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Mülkü Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət alan vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti