...

Ukraynada "qızılca bəlası"ndan ölənlər var

Hadisə Materials 15 Yanvar 2018 09:31 (UTC +04:00)
Rusiya hökuməti Ukrayna ilə sərhəd məntəqələrdə sanitar nəzarəti gücləndirib.
Ukraynada "qızılca bəlası"ndan ölənlər var

Bakı. Trend:

Rusiya hökuməti Ukrayna ilə sərhəd məntəqələrdə sanitar nəzarəti gücləndirib.

Trend-in məlumatına görə, qərar Ukraynada tüğyan edən qızılcaya yoluxma ilə əlaqədar qəbul edilib.

Belə ki, son 11 ay ərzində 3000-dən çox insanda qızılcaya yoluxma faktı aşkarlanıb.

Daha pis vəziyyət İvano-Frankovski, Zakarpatiya vilayətlərində qeydə alınıb. Odessada isə 3-ü uşaq olmaqla, 5 nəfər qızılcadan ölüb.

Kiyevdə qızılcanın belə geniş yayılmasının səbəbi olaraq uşaqların vaxtında peyvənd olunmaması göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti