...

Naftalanda həyətyanı sahədə mina tapılıb (FOTO)

Hadisə Materials 22 Yanvar 2018 18:46 (UTC +04:00)
Rayonun Qaşaltı Qaraqoyunlu kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.
Naftalanda həyətyanı sahədə mina tapılıb (FOTO)

Bakı. Trend:

Naftalanda həyətyanı sahədə mina tapılıb.

zərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Naftalan rayon polis şöbəsindən agentliyə həmin rayonun Qaşaltı Qaraqoyunlu kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində hərbi təyinatı olmayan naməlum əşya aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş naməlum əşyanın ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti