...

Bakının mərkəzində qadın qarət edildi (FOTO)

Hadisə Materials 5 Fevral 2018 12:26 (UTC +04:00)
Bakıda qadının telefonunu oğurlayan şəxs yaxalanıb
Bakının mərkəzində qadın qarət edildi (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda qadının telefonunu oğurlayan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Səbail rayonu Səməd Vurğun küçəsində Bakı şəhər sakini olan bir qadının mobil telefonu naməlum şəxs tərəfindən tərəfindən açıq talama, yəni soyğunçuluq yolu ilə ələ keçirilib. Bu barədə zərərçəkən Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Şahbazov saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edərək ələ keçirdiyi mobil telefonu 240 manata satdığını bildirib.

Qeyd edilən faktla bağlı 39-cu polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Səbail RPİ-yə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti