...

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

Hadisə Materials 15 Fevral 2018 09:05 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə 43 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti