...

Həbsdə olan MTN polkovnikinin məhkəməsi təxirə düşdü

Hadisə Materials 15 Fevral 2018 17:13
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun Bakı Hərbi Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə davam edib
Həbsdə olan MTN polkovnikinin məhkəməsi təxirə düşdü

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun Bakı Hərbi Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə davam edib.

Trend-in məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs vəsatət verib. O bildirib ki, vəkillərindən Ülvi Məmmədov prosesdə iştirak etmədiyindən məhkəmə təxirə salınsın.

Polkovnikin digər vəkili Hafiz Ələsgərov bildirib ki, Ülvi Məmmədov cəza çəkmə müəssisəsinə növbətçi vəkil təyin edilib: "Onun iştirakı ilə 17 işə baxılır. Bu səbəbdən də prosesə gələ bilməyib". Vüsal Ələkbərovun digər vəkilləri Vüqar Xasayev və Cahangir Cavadov da prosesin təxirə salınmasını istəyiblər.

Hakim vəsatəti təmin edib və proses fevralın 22-də davam edəcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun əmlakının müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti