...

İranda qəzaya uğrayan təyyarədə 66 nəfər həlak olub (YENİLƏNİB)

Hadisə Materials 18 Fevral 2018 13:18 (UTC +04:00)
İranda sərnişin təyyarəsi qəzaya uğrayıb
İranda qəzaya uğrayan təyyarədə 66 nəfər həlak olub (YENİLƏNİB)

Bakı. Qəzənfər Həmidov – Trend:

Iranda qəzaya uğramış “ATR 72-500” təyyarəsinin göyərtəsində olan 66 nəfərin hamısı həlak olub.

Trend-in verdiyi xəbərə görə, bu barədə Tasnim agentliyi hava gəmisinin məxsus olduğu “Aseman Airlines” aviaşirkətinin nümayəndəsi Məhəmməd Tağı Təbatəbaiyə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, təyyarə əlverişsiz hava şəraiti səbəbindən havaya qalxdıqdan 50 dəqiqə sonra Dena dağına çırpılıb.

Tehranın “Mehrabad” beynəlxalq hava limanından yola düşən təyyərənin Tehran- Yasouc marşrutu ilə hərəkət etdiyi bildirilir.

X X X

12:12

İranda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hava gəmisi Tehran- Yasouc marşrutu ilə hərəkət edirmiş.

İranın IRINN TV dövlət telekanalının yaydığı məlumata əsasən, təyyarənin göyərtəsində ən azı 60 sərnişin olub.

İran Fövqalədə Hallar Mərkəzinin məlumatına görə, təyyarə İsfahan əyalətində Semirim şəhərinin yaxınlığında düşüb.

Daha öncə təyyarənin radarlardan itdiyi bildirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti