Bakı. Trend:
Qəbələdə yanğın hadisəsi qeydə alınıb.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Qəbələ rayonunda ümumi sahəsi 128 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları yanıb.
Bitişik digər evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.