...

Pirotexniki vasitələr aşkar edilib (FOTO)

Hadisə Materials 3 Mart 2018 11:29 (UTC +04:00)
Gömrükçülər pirotexniki vasitələr aşkar edib.
Pirotexniki vasitələr aşkar edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Gömrükçülər pirotexniki vasitələr aşkar edib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə daxil olan məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21120"markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qabaq və arxa buferlərində gizlədilən 450 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti