Bakı. Trend:
Brüsselin Molenbek-Sen-Jan kommunasında, eləcə də Qerardsberqn və Mexelen şəhərlərində keçirilən antiterror əməliyyatları çərçivəsində 8 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə Belçikanın Federal Prokurorluğu xəbər yayıb.
Məlumata görə, saxlanılanların üzərinə baxış zamanı silah aşkar edilib.
Hüquq-mühafizə orqanlarının ilkin ehtimallarına görə, saxlanılanlar Belçikada terror aktları planlaşdırmaqda əli olan şəxslər ola bilər.