...

Qubada yanğın: ölən var

Hadisə Materials 13 Mart 2018 09:43 (UTC +04:00)
Quba rayonunda yanğın hadisəsi qeydə alınıb.
Qubada yanğın: ölən var

Bakı. Trend:

Quba rayonunda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Quba rayonunun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1949-cu il təvəllüdlü Əlpaşayev Fazil Məhəmməd oğlunun meyiti aşkar olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti