...

Qızının həyat yoldaşını bıçaqlayan şəxs həbs edildi

Hadisə Materials 15 Mart 2018 14:02 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qızının həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Gündüz Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Qızının həyat yoldaşını bıçaqlayan şəxs həbs edildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qızının həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Gündüz Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin qərarı ilə G.Novruzovun barəsində olan başqa yerə getməmək qəti imkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

İş üzrə məhkəmənin baxış iclası martın 30-na təyin edilib.

İttihama görə, G.Hüseynov kürəkəni Rəfael İsmayılovla mübahisə edib və nəticədə onu bıçaqlayıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.3-cü (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti