...

Yol təmiri aparılan ərazidə ağır qəza baş verib (FOTO)

Hadisə Materials 16 Mart 2018 12:27 (UTC +04:00)
Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-ci km-də təmir işləri aparılan ərazid ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yol təmiri aparılan ərazidə ağır qəza baş verib (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-ci km-də təmir işləri aparılan ərazid ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri istiqamətində hərəkət edən 10-XN-136 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşının sürücüsü idarəetməni itirərək avtomobili, təmir işləri aparılan ərazidə öncədən xəbərdarlıq nişanları qoyulmasına baxmayaraq yol kənarında təmir işləri aparan texnikaya çırpıb.

Nəticədə qəza zamanı maşında olan iki sərnişin dünyasını dəyişib, yaralılar var.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti