...

Azərbaycanın bəzi meşə zolaqlarında yanğın başlayıb

Hadisə Materials 25 Mart 2018 11:04 (UTC +04:00)
Azərbaycanın bır sıra rayonlarındakı meşə zolaqlarında yanğın baş verib
Azərbaycanın bəzi meşə zolaqlarında yanğın başlayıb

Bakı. Trend:

Azərbaycanın bır sıra rayonlarındakı meşə zolaqlarında yanğın baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, 24.03.2018-ci il tarixində axşam saatlarında Lerik rayonunun Vov, Vənədi kəndləri, Astara rayonunun Pəlikəş, Çükəş, Dolu kəndləri və Lənkəran rayonunun Biləsər kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolaqlarında yanğın başlayıb.

Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən, eləcə də havanın küləkli olması yanğınların söndürülməsinə çətinliklər yaradıb.

Yanğınların söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin qüvvələri və yerli əhali cəlb edilib.

Səhər saatlarından külək zəifləmiş, yağış yağmağa başlayıb.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti