Bakı. Trend:
Çili Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Trend-in məlumatına görə, hadisə paytaxt Santyaqonun El-Boske kommunasında baş verib.
T-35 Pillan tipli təlim təyyarəsi HHQ-nin məktəbi yaxınlığında yerə düşüb.
Həlak olanların hər ikisi texniki işçilər olub.