Bakı. Trend:
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Fukalov rayon ərazisində 2 naməlum şəxsin zor tətbiq edərək ondan 1080 manat və 168 ABŞ dollarını aldıqlarını bildirib.
DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Edqar Eyyubov və Təbriz İbrahimli olduqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.