...

İstanbulun mərkəzində hoteldə ATIŞMA - Ölən və yaralananlar var

Hadisə Materials 9 Aprel 2018 12:56 (UTC +04:00)
İstanbulun mərkəzində Taksim meydanında hotellərin birində atışma baş verib.
İstanbulun mərkəzində hoteldə ATIŞMA - Ölən və yaralananlar var

Bakı. Trend:

İstanbulun mərkəzində Taksim meydanında hotellərin birində atışma baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Həlak olan və yaralanan şəxslərin şəxsiyyəti və vətəndaşlığı barədə məlumat verilməyib.

Atəş açan şəxs hadisə yerindən uzaqlaşa bilib. Hazırda həmin şəxsin tapılması istiqamətində operativ işlər aparılır.

Hadisənin baş vermə səbəbləri məlum deyil.

Fakt araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti