Bakı. Trend:
Masallı rayonunda yanğın qeydə alınıb.
Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, Masallı rayonu, Ərkivan qəsəbəsində ümumi sahəsi 50 m² olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları 35 m² sahədə və içərisində olan 3 ədəd soyuducu yanıb. Yanğından mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.