...

Vətəndaşların 332 min 200 manatını mənimsəyən bank əməkdaşına hökm oxundu

Hadisə Materials 13 Aprel 2018 12:36 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" ASC-nin dələduzluqda təqsirləndirilən əməkdaşı Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vətəndaşların 332 min 200 manatını mənimsəyən bank əməkdaşına hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" ASC-nin dələduzluqda təqsirləndirilən əməkdaşı Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N. Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, N.Vəliyev Kənan Nağıyev və Cavad Cavadovun etibarından sui-istifadə edərək Forex maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda, bu yolla həmin şəxslərin, ümumilikdə, 332 min 200 manat məbləğində vəsaitini ələ keçirməkdə ittiham olunur.

N.Vəliyev Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

O, məhkəmədə özünü qismən təqsirli bilib və zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti