...

Zabratda ata ehtiyatsızlıqdan 4 yaşlı oğlunu öldürüb

Hadisə Materials 18 Aprel 2018 12:43 (UTC +04:00)
Zabrat qəsəbəsində yaşayan Adil İsmayılov avtomobillə ehtiyatsızlıqdan oğlu 4 yaşlı Ayxanı vurub və nəticədə uşaq hadisə yerində ölüb.
Zabratda ata ehtiyatsızlıqdan 4 yaşlı oğlunu öldürüb

Bakı. Trend:

Zabrat qəsəbəsində yaşayan Adil İsmayılov avtomobillə ehtiyatsızlıqdan oğlu 4 yaşlı Ayxanı vurub və nəticədə uşaq hadisə yerində ölüb.

DİN-dən Trend-ə verilən məlumata görə, hadisə aprelin 17-də saat 17 radələrində baş verib.

Adil İsmayılov evinin həyətində “Range Rover” markalı avtomobili arxaya sürərkən oğlu 4 yaşlı Ayxanı vurub və uşaq hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti