...

Binəqədidə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib

Hadisə Materials 20 Aprel 2018 23:31 (UTC +04:00)
Paytaxtda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib
Binəqədidə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib

Bakı.Trend:

Paytaxtda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək edib.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti