...

Bakıda keçmiş arvadını öldürən şəxs könüllü təslim oldu

Hadisə Materials 3 May 2018 12:38 (UTC +04:00)
Bakıda keçmiş arvadını öldürən şəxs tutulub.
Bakıda keçmiş arvadını öldürən şəxs könüllü təslim oldu

Bakı. Trend:

Bakıda keçmiş arvadını öldürən şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, mayın 1-də paytaxtın Nərimanov rayonu Xətai prospektindəki evlərin birinin qarşısında Gəncə şəhər sakini Rəşad İbrahimzadənin münaqişə zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk etmiş R.İbrahimzadə könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək təslim olub, cinayətin aləti olan bıçağı da polisə təqdim edib.

Qeyd edək ki, o, Z.İbrahimovanın ölümü və E.Əliyevin isə bıçaqlanmasında şübhəli blinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti