Bakı. Trend:
Zərdab sakinlərini hədələyərək pul tələb edən şəxs saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, mayın 11-də Zərdab rayon sakinləri F.M, B.F və A.Q Rayon Polis Şöbəsinə müraciət edərək cari ilin aprel ayında Çallı kənd sakini Qənimət Məmmədovun onlar barəsində sosial şəbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etməsini bildiriblər.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Məmmədov saxlanılıb.
Faktla bağlı RPŞ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.