Bakı. Trend:
Hindistanın cənubundakı Kerala ştatında ölümcül "Nipah" virusuna yoluxma halı qeydə alınıb.
Trend-in məlumatına görə, son bir neçə gün ərzində 16 nəfər bu virusdan həlak olub.
Bölgədə yoluxma hallarının dəqiq sayı hələlik məlum deyil.
Qeyd edək ki, "Nipah" virusu 1998-ci ildə Malayziyanın Kampunq Sunqay Nipah kəndində aşkar edilib. O zaman virusun ötürücüləri donuzlar olmuşdu.
Hazırda "Nipah" virusuna qarşı vaksinlər mövcud deyil. Xəstəliyə yoluxma 70 faiz hallarda ölümlə nəticələnir.