...

Sumqayıtda su sayğaclarını oğurlayan şəxs həbs edilib

Hadisə Materials 6 İyun 2018 16:07 (UTC +04:00)
Sumqayıtda su sayğaclarını oğurlayan şəxs həbs edilib
Sumqayıtda su sayğaclarını oğurlayan şəxs həbs edilib

Bakı. Trend:

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 9-cu mikrorayon ərazisində, ümumilikdə, 6 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, araşdırmalarla onun şəhər sakini Azər Musayev olduğu məlum olub.

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 30 sutka müddətinə həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti