...

Bakıda avtomobil qəzası - 2 nəfər xəsarət alıb

Hadisə Materials 11 İyun 2018 02:21 (UTC +04:00)
Qaradağda avtomobil qəzası zamanı iki nəfər yaralanıb.
Bakıda avtomobil qəzası - 2 nəfər xəsarət alıb

Bakı. Trend:

Qaradağda avtomobil qəzası zamanı iki nəfər yaralanıb.

Trend-ə FHN-dən verilən məlumata əsasən, “Opel” markalı minik avtomobili dirəyə çırpılıb. Qəza zamanı minik avtomobilində olan 2 nəfər (sürücü və sərnişin) xəsarət almış və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yaralıları müvafiq qaydada minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti