...

Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 14 İyun 2018 11:36 (UTC +04:00)
Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs tutulub

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Q.Əlibabayev həmyerlisi Mürşüd Məmmədovun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1000 manat verməsini tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb.

ŞPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti