Bakı. Trend:
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 15 m2 olan 1 otaqlı mənzilin və eyvanının yanar kostruksiyaları, hər birinin ümumi sahəsi 15 m2 olan digər 1 otaqlı iki mənzilin eyvanlarının yanar kostruksiyaları və beşinci mərtəbədə hər birinin ümumi sahəsi 15 m2 olan 1 otaqlı iki mənzilin eyvanlarının yanar konstruksiyaları (ümumi 35 m2 sahədə) yanmışdır. Yanğın zamanı 11 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Mənzillərin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.