...

Türkiyədə suriyalılar qəzaya düşdü - 3 ölü, 30 yaralı

Hadisə Materials 2 İyul 2018 13:46 (UTC +04:00)
Türkiyənin Mersin vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Türkiyədə suriyalılar qəzaya düşdü - 3 ölü, 30 yaralı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Mersin vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, qəza nəticəsində 3 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

Məlumata görə, yaralananlar hamısı Suriya vətəndaşlarıdır. Yaralılar arasında qadınlar və uşaqların olduğu bildirilir.

Qəzanın hansı səbəbdən və hansı şəraitdə baş verməsi barədə hələ məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti