...

Leysan yağışlar nəticəsində Yaponiyada təxminən 60 adam ölüb

Hadisə Materials 8 İyul 2018 05:58 (UTC +04:00)
Yaponiyanı yağan leysan yağışlar və onların yaratdığı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.
Leysan yağışlar nəticəsində Yaponiyada təxminən 60 adam ölüb

Bakı. Trend:

Yaponiyanı yağan leysan yağışlar və onların yaratdığı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb. Bu barədə Trend Kyodo agentliyinə istinadən xəbər verir.

Son məlumatlara əsasən, 44 nəfər hələ də itkin düşmüş hesab olunur. Yaponiyanın Müdafiə Qüvvələri əsgərlərin dəstəyi ilə xilasedicilər bazar günü tezdən axtarış əməliyyatlarını davam etdirdilər.

Baş nazir Sindzo Abenin rəhbərlik etdiyi fövqaladə hökumət toplantısı hazırki çətin vəziyyəti müzakirə etmək üçün təcili görüş keçirdi.

Güclü yağışlar çərşənbə günü Yapon dənizinin üzəridə üsyan edən "Prapirun" tayfunun yaratdığı aşağı təzyiq nəticəsində yaranmışdır. Yaponiyada tropik fırtına nəticəsində bir adam ölüb, təxminən 20 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti