...

Pirallahıda sahibsiz itlərə atəş açan şəxs saxlanılıb

Hadisə Materials 16 İyul 2018 11:08 (UTC +04:00)
Pirallahıda sahibsiz itlərə atəş açan şəxs saxlanılıb.
Pirallahıda sahibsiz itlərə atəş açan şəxs saxlanılıb

Bakı. Trend:

Pirallahıda sahibsiz itlərə atəş açan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 15-də Pirallahı qəsəbəsi ərazisində sahibsiz itlərə silahdan atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Pirallahı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti