...

Sumqayıtda quş oğrusu tutulub

Hadisə Materials 25 İyul 2018 16:37 (UTC +04:00)
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Emin Tağıyev saxlanılıb
Sumqayıtda quş oğrusu tutulub

Bakı. Trend:

Sumqayıtda quş oğrusu tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Tağıyev saxlanılıb.

O, fevralın 2-dən iyulun 6-dək olan müddətdə şəhər ərazisindəki altı həyətdən, bir mağazadan məişət əşyaları, inşaat materialları, tütün məmulatı, 15 göyərçin və 8 ev quşu, habelə iki nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti