...

Qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən şəxs saxlanılıb

Hadisə Materials 26 İyul 2018 11:17 (UTC +04:00)

Bakı. Trend:

İyulun 21-də saat 14 radələrində Bakı şəhər sakini Ədalət Həmidovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və 1-ci Alatava küçəsində Murad adlı şəxsin Ə.Həmidova bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Murad Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti