...

Astarada yaşadığı evin həyətində narkotik bitkilər əkib becərən şəxs tutulub

Hadisə Materials 27 İyul 2018 18:42 (UTC +04:00)
Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Astarada yaşadığı evin həyətində narkotik bitkilər əkib becərən şəxs tutulub

Bakı. Trend:

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən Astara rayonunun Ərçivan qəsəbəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb.

Belə ki, qəsəbə sakini Elnur Məmmədova məxsus pay torpağında böyürtkən kollarının arasında xüsusi hazırlanmış sahədə kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 23 kiloqrama yaxın hündürlüyü 90-130 sm olan 27 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti