...

Gəncədə yanan mənzildə 2 azyaşlı xilas edilib

Hadisə Materials 1 Avqust 2018 20:37 (UTC +04:00)
Gəncənin Kəpəz rayonunda ümumi sahəsi 82 kv/m olan 4 otaqlı mənzildə yanğın olub.
Gəncədə yanan mənzildə 2 azyaşlı xilas edilib

Bakı. Trend:

Gəncənin Kəpəz rayonunda ümumi sahəsi 82 kv/m olan 4 otaqlı mənzilin bir otağında 3 kv/m sahədə döşəmə və 1 ədəd kompüter yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın zamanı 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti