...

Bakıda sex, Bərdədə 6 otaqlı ev yanıb

Hadisə Materials 25 Avqust 2018 10:25 (UTC +04:00)
Paytaxtda sex, Bərdədə 6 otaqlı ev yanıb.
Bakıda sex, Bərdədə 6 otaqlı ev yanıb

Bakı. Trend:

Paytaxtda sex, Bərdədə 6 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda tikilinin (yığma sexi kimi fəaliyyət göstərir) içərisinə yığılmış taxta materialları 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bərdə rayonunun Mirzalıbəyli kəndində ümumi sahəsi 180 m² tikilidə 6 otağın yanar konstruksiyaları, taxta konstruksiyalardan ibarət artırmalar və ev əşyaları 140 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti