...

Masazırda 3 mərtəbəli tikilidə yanğın olub

Hadisə Materials 29 Avqust 2018 09:12 (UTC +04:00)
Masazırda 3 mərtəbəli tikilidə yanğın olub.
Masazırda 3 mərtəbəli tikilidə yanğın olub

Bakı. Trend:

Masazırda 3 mərtəbəli tikilidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron rayonunun Masazır kəndində ümumi sahəsi 1500 m² olan üçmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bu gecə Cəlilabad rayonunda yanğın qeydə alınıb. Uzuntəpə kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti