...

Şəmkirdə istixanada yanğın baş verib

Hadisə Materials 3 Sentyabr 2018 00:56 (UTC +04:00)
Şəmkir rayonunun Qapanlı kəndində yanğın baş verib
Şəmkirdə istixanada yanğın baş verib

Bakı. Tural Turan - Trend:

Şəmkir rayonunun Qapanlı kəndində yanğın baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 20 ton ot bağlamasının 10 tonu yanıb, yüksək temperaturdan yaxınlıqdakı ümumi sahəsi 200 m2 olan istixananın polietilen üzlüyü 25 m2 sahədə əriyib.

Ot bağlamasının və istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti