...

Səngəçalda VAZ avtobusla toqquşdu - Ölən və xəsarət alanlar var

Hadisə Materials 10 Sentyabr 2018 13:27 (UTC +04:00)
Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Səngəçalda VAZ avtobusla toqquşdu - Ölən və xəsarət alanlar var

Bakı. Trend:

Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 8-də saat 7 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Bakı şəhər sakini İmamhüseyn Ağayev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış qəsəbə sakini Rəcəbəli Nəcəfovun idarə etdiyi “Hyundai” markalı avtobusa vurub.

Nəticədə İ.Ağayev hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti