...

Tovuzda davada 21 yaşlı oğlanın qulağını kəsdilər

Hadisə Materials 13 Sentyabr 2018 20:54 (UTC +04:00)
Tovuz rayonunda dava olub.
Tovuzda davada 21 yaşlı oğlanın qulağını kəsdilər

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda dava olub.

Trend-in məlumatına görə, hadisə rayonun Alakol kəndində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Ələsgərov Elşən Rövşən oğlu kənd ərazisində döyülüb.

Hadisə nəticəsində E.Ələsgərovun sağ qulağının arxa hissəsi kəsilib.

Yaralı xəstəxanaya gətirilib və tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti