...

Xaçmazda göldə 12 yaşlı uşaq batıb (YENİLƏNİB)

Hadisə Materials 19 Sentyabr 2018 17:42 (UTC +04:00)
Xaçmaz rayonunun Qobuqıraq kəndində süni göldə batdığı ehtimal edilən 2006-cı il təvəllüdlü Osmanov Hüseyn Elnur oğlunun axtarışları başa çatıb.
Xaçmazda göldə 12 yaşlı uşaq batıb (YENİLƏNİB)

Bakı. Trend:

Xaçmaz rayonunun Qobuqıraq kəndində süni göldə batdığı ehtimal edilən 2006-cı il təvəllüdlü Osmanov Hüseyn Elnur oğlunun axtarışları başa çatıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, H.Osmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​

X X X

Xaçmaz rayonunun Qobuqıraq kəndində göldə 1 nəfərin batdığı ehtimal olunur.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Batan şəxsin kimliyi müəyyənləşdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti