...

Ağstafada avtomobillə vurulan piyada xəstəxanada öldü

Hadisə Materials 2 Oktyabr 2018 18:34 (UTC +04:00)
Ağstafa rayonunun Qırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Ağstafada avtomobillə vurulan piyada xəstəxanada öldü

Bakı. Trend:

Ağstafa rayonunun Qırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 1-də saat 20 radələrində Ağstafa rayonunun Qırlı kəndi ərazisində Tovuz rayon sakini Rabil Rüstəmov idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən kənd sakini Samir Qurbanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti