...

Rusiyadan silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı (FOTO)

Hadisə Materials 17 Oktyabr 2018 10:54 (UTC +04:00)
Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan edilmədən ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Rusiyadan silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı (FOTO)

Bakı. Trend:

Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan edilmədən ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

DGK-dan Trend-ə verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiya Federasiyasından gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı metal detektordan keçərkən cihazın reaksiyasına əsasən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama nəticəsində, vətəndaşın şalvarının arxa sol cibində kağıza bükülmüş şəkildə, xalis çəkisi 0,082 qram olan psixotrop maddə - apirrolidinovalerofenon (a-PVP) və şalvarının arxa hissəsində bel nahiyəsinə keçirilmiş 4,5 mm kalibrli pnevmatik tapança aşkar edilib.

Əl yüklərinə baxış zamanı isə vətəndaşın çantasında gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd elektroşok cihazı, pnevmatik tapança üçün 131 ədəd patron və 4 ədəd tapança hissəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti