...

Xaçmazda 17 yaşlı oğlan itkin düşüb - FOTO

Hadisə Materials 29 Oktyabr 2018 12:18 (UTC +04:00)
Xaçmazda 17 yaşlı oğlan itkin düşüb.
Xaçmazda 17 yaşlı oğlan itkin düşüb - FOTO

Bakı. Samir Əli - Trend:

Xaçmazda 17 yaşlı oğlan itkin düşüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz şəhər sakini, 17 yaşlı Təbriz Zeynalov oktyabr ayının 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Təbriz Zeynalovun əlamətləri belədir: Boyu 160-170 sm., orta bədən quruluşlu, uzun sifətli, qısa qara saçlı, gözlərinin rəngi şabalıdı, çənə nahiyəsində xal var.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 02332-5-53-56 şəhər və 051-843-02-02; 077-730-20-20 (atası) nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti