...

Yasamalda iki ev yanıb

Hadisə Materials 31 Oktyabr 2018 21:27 (UTC +04:00)
Bakının Yasamal rayonunda iki ev yanıb.
Yasamalda iki ev yanıb

Bakı. Trend:

Bakının Yasamal rayonunda iki ev yanıb.

FHN-dən Trend-ə verilən məlumata əsasən, ümumi sahəsi 50m² olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin taxtadan ibarət yanar konstruksiyaları 25 m² sahədə, 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 12 m² sahədə və bitişik tikilmiş ümumi sahəsi 40 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 18 m² sahədə yanıb.

Hər iki evin qalan hissəsi və digər bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti