...

Yekaterinburqda hərbi zavod yanır (VİDEO)

Hadisə Materials 7 Noyabr 2018 15:11 (UTC +04:00)
Rusiyanın Yekaterinburq şəhərindəki "Vektor" hərbi zavodunda yanğın baş verib.
Yekaterinburqda hərbi zavod yanır (VİDEO)

Bakı. Trend:

Rusiyanın Yekaterinburq şəhərindəki "Vektor" hərbi zavodunda yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın zavodun dam örtüyündə olub, sonra havalandırma sisteminə keçib.

Yanğının əhatə sahəsi hələ məlum deyil.

Müəssisənin əməkdaşları təxliyə edilib. Zavodda 300-400 nəfər işçi çalışır.

Qeyd edək ki, "Vektor" zavodu hərbi təyinatlı rabitə aparatları və radiolokasiya stansiyalarının istehsalında ixtisaslaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti