...

Saatlıda avtomobili maneəyə çırpılan sürücü ailə üzvlərini itirdi

Hadisə Materials 12 Noyabr 2018 14:23 (UTC +04:00)
Saatlı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Saatlıda avtomobili maneəyə çırpılan sürücü ailə üzvlərini itirdi

Bakı. Trend:

Saatlı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 11-də saat 1 radələrində Saatlı rayonunun Bəylik kəndi ərazisində Bakı şəhər sakini Şamo Qənbərov idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Nəticədə sərnişinləri - arvadı Kəmalə və azyaşlı oğlu Rauf hadisə yerində ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti